Azərbaycan parataekvondoçuları "Prezident Kuboku"nda üç medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan parataekvondoçuları "Prezident Kuboku"nda üç medal qazanıblar


Azərbaycan parataekvondoçuları Almaniyanın Nürnberq şəhərində keçirilən "Prezident Kuboku"nda 1 qızıl, 2 gümüş medal qazanıblar.

"Report" Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, Sabir Zeynalov (58 kq) bütün rəqiblərini üstələyərək turnirin qalibi olub.

İmaməddin Xəlilov (70 kq) və Amin Əliyev (63 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırıb.

Xatırladaq ki, üç gün əvvəl İtaliyanın paytaxtı Romada keçirilən və dünyanın ən reytinqli parataekvondoçularının mübarizə apardığı Qran-oridə də idmançılarımız uğurlu çıxış ediblər. Sabir Zeynalov qızıl, İmaməddin Xəlilov isə bürünc medal qazanmışdı.

Oxşar xəbərlər

Azərbaycan parataekvondoçuları Çində "Prezident Kuboku" turnirində iştirak edəcəklər
Azərbaycan parataekvondoçuları Roma Qran-prisində çıxış edəcəklər
Azərbaycan parataekvondoçuları Roma Qran-Prisində iki medal qazanıblar
Paris-2024: Azərbaycan medal sıralamasında 31-ci pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 26-cı pillədə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər