AEBA: PUA zərbəsi Çernobıl yaxınlığındakı saxlama obyektini zədələyib
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) ekspertlər qrupu Çernobıl zonası yaxınlığında işlənmiş nüvə yanacağının mərkəzi anbarına səhər saatlarında pilotsuz uçuş aparatı (PUA) ilə endirilmiş zərbənin nəticələrinə baxış keçirib.
"Report" AEBA-ya istinadən xəbər verir ki, hücum nəticəsində yanacaq qəbulu binasının bir hissəsinə, o cümlədən agentliyin obyektdə yerləşən inspektorlarının ofisinə əhəmiyyətli dərəcədə konstruktiv ziyan dəyib.
Ekspertlər binanın fasadının, divarlarının və pilləkən konstruksiyalarının zədələndiyini qeydə alıblar. Hadisə yerində şüşə qırıqları, kərpic parçaları və digər dağıntı fraqmentləri aşkar edilib.
Bununla yanaşı, mütəxəssislər obyektdə radiasiya səviyyəsinin norma daxilində qaldığını təsdiqləyiblər ki, bu da insident nəticəsində radioaktiv çirklənmənin olmadığını göstərir.
Qeyd olunur ki, hücum anında işlənmiş nüvə yanacağı zədələnmiş binadan bir neçə yüz metr aralıda yerləşən konteynerlərdə olub. Mütəxəssislərin məlumatına görə, daha yaxında yerləşən konteynerlər boş olub.
AEBA həmçinin bildirib ki, obyektin Ukraynanın fəaliyyət göstərən atom elektrik stansiyalarından işlənmiş yanacağın qəbulunu nə vaxt bərpa edə biləcəyi hələ məlum deyil.
Agentliyin baş direktoru Rafael Qrossi insidenti "son dərəcə narahatedici" adlandırıb və nüvə təhlükəsizliyi üçün ciddi riskdən söhbət getdiyini vurğulayıb.
An IAEA team has inspected the impact of this morning’s drone strike on the central spent fuel storage facility near the Chornobyl site, reporting that it caused significant structural damage to part of the fuel reception building, including to the IAEA safeguards office located… pic.twitter.com/QPyjgc7Gsh
— IAEA - International Atomic Energy Agency ⚛️ (@iaeaorg) June 7, 2026
Oxşar xəbərlər
AEBA İsfahan nüvə sahəsində dörd əsas binanın zədələndiyini bildirib
AEBA: Fars körfəzi regionunda radiasiya səviyyəsi normal həddədir
İran AEBA-nı İsfahanda radiasiya səviyyəsinin dəyişmədiyi barədə məlumatlandırıb
Ukraynada AEBA-nın avtomobilinə PUA ilə hücum olub
AEBA: İran Buşehr AES-ə yeni hücum haqqında məlumat verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çin Tayvan sahillərində xüsusi əməliyyata başladığını elan edib
-
I və IV qruplar üzrə qəbul imtahanı keçirilib, 10 nəfərdə telefon aşkarlanıb
-
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında ikinci görüşünü keçirəcək
-
İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan XİN rəhbərlərinin görüşü keçiriləcək
-
"Reuters": ABŞ İran aktivlərinin Fars körfəzindəki müttəfiqlərinə verilməsini nəzərdən keçirir
-
FHN-in Sumqayıt Regional Mərkəzi “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyini keçirib
