Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi tapılıb - FOTO
sizinxeber.az xəbər saytı

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi tapılıb - FOTO


Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab edilən azərbaycanlının nəşi tapılıb.

Sizinxeber.az-nın cənub bürosunun məlumatına görə, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən həlak olub.

O, bir müddət əvvəl itkin düşmüş hesab olunurdu. Sonradan nəşi aşkar edilib.

Vaqif Qəhrəmanov daha əvvəl Rusiyanın Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayıb. O, ailəli olub və 5 övlad atası idi.

Onun nəşinin yaxın günlərdə dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilir.

Qeyd edək ki, V. Qəhrəmanov Azərbaycan vətəndaşı olub və Rusiyada muzdlu işçi kimi fəaliyyət göstərib.

Oxşar xəbərlər

Gəncə sakini Rusiya-Ukrayna müharibəsində həlak olub
Rusiyada həbsdən müharibəyə göndərilən və orada həlak olan şəxsin nəşi Cəlilabada gətirilib
Hacıqabulda 3 gün əvvəl itkin düşən şəxsin asılımış meyiti tapılıb
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub
Təyyarə qəzasında həlak olan sərnişinlərdən birinin nəşi ailəsinə təhvil verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər