Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə qatıldığı dünya çempionatında 4-cü olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Azərbaycanın 3x3 basketbol millisi ilk dəfə qatıldığı dünya çempionatında 4-cü olub - YENİLƏNİB


Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət yığması Polşanın paytaxtı Varşavada keçirilən dünya çempionatında 4-cü yeri tutub.

"Report" xəbər verir ki, Ratomir Deliçin rəhbərlik etdiyi komanda 3-cü yer uğrunda görüşdə Niderland yığması ilə qarşılaşıb.

Zədəli Brianna Freyzerin iştirak etmədiyi görüşdə millimiz oyunu 3 basketbolçu ilə davam etdirmək məcburiyyətində qalıb. Görüş rəqibin 21:14 hesablı qələbəsi ilə bitib.

Beləliklə, Azərbaycan yığması ilk dəfə iştirak etdiyi dünya çempionatını 4-cü pillədə başa vurub.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun yarımfinalında məğlub olub.

"Report"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv ABŞ seçməsi ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 19:18 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19. Komanda pley-in mərhələsində Litvaya (14:12), 1/4 finalda Almaniyaya (18:16) qalib gəlib.

Oxşar xəbərlər

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəlib
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Kubokunda növbəti matçını keçirib - YENİLƏNİB
Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda Litva ilə qarşılaşacaq
Azərbaycanın 3x3 qadın basketbol yığması Dünya Kubokunda Çexiyaya qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər