Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb


Bu ilin yanvar-aprel aylarında Azərbaycandan xarici bazarlara 79.3 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

"Sizinxeber.az-Economics" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Dövr ərzində ixrac olunan məhsulun dəyəri ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 48,5% artıb.

Təkcə aprel ayında meşə fındığı ixracından gəlirlər 10.9 milyon dollar təşkil edib.

Xatırladaq ki, cari ilin ilk dörd ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Apreldə çiyələk ixracı 5 dəfə artıb
Azərbaycan meşə fındığı ixracından gəlirini 2 dəfə artırıb
Azərbaycan meşə fındığı ixracından gəlirini 58 % artırıb
Azərbaycanın 4 ayda qızıl ixracından gəlirləri 131 mln. dolları ötüb
Azərbaycan meşə fındığı ixracından gəlirini 25 %-ə yaxın artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər