10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı keçirilib
2-8 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 10-cu Bakı Beynəlxalq Kitab Sərgisi ilə bağlı mətbuat konfransı təşkil olunub.
Sizinxeber.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşlilatçılığı ilə keçiriləcək sərgidə 4 qitəni təmsil edən 18 ölkədən (Türkiyə, İtaliya, Çin, Rusiya, Koreya, Macarıstan, Qazaxıstan, Qətər, Özbəkistan, Oman, Argentina, Mərakeş, Venesuela, Gürcüstan, Meksika, Kolumbiya, Çili, Monqolustan) 56 xarici təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edəcək.
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova konfrans barədə mətbuat nümayəndələrinə məlumat verib.
Konfransda çıxış edən Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli qeyd edib ki, Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan sərgidə iştirak edəcək xarici nəşriyyat və təşkilatlar arasında “The Replika Publishing and Printing”, “Çikolata Yayınları”, “Kayıhan Yayıncılık”, “Phoenix Publishing & Media Group”, “East China Normal University Press Itd.”, “Phoenix Fine Arts Publishing Ltd.”, “Veritas and Mercurius Publishing Itd.”, “UMBUM” və digərlərinin adları var.
Bildirilib ki, Dünya şöhrətli irland yazar Con Boyn və Vulf Dorn sərginin fəxri qonaqlarıdır.
Eyni zamanda, sərgidə azərbaycanlı yazıçı və şairlər, o cümlədən gənc yazarlar və tanınmış xarici yazıçılar iştirak edəcəklər.
Tədbir çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərslər, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil ediləcək.
Sərginin fəxri yazarı Rövşən Abdullaoğlu bu cür sərgilərin əhəmiyyətindən söhbət açıb. O qeyd edib ki, yerli qələm adamlarının karyerası üçün kitab sərgisinin geniş işıqlandırılması və aktivlik vacib məqamlardan biridir.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu ölkədəki kitab sənayesinin mövzud vəziyyəti barədə fikirlərini bölüşüb. O, kitabın, mütaliənin bir cəmiyyət üçün nə dərəcədə zəruri olduğunu qeyd edib, bildirib ki, hamılıqla Azərbaycanda kitaba həvəsi artırmaq lazımdır və kitaba sərgisinin təşkili bu istiqamətdə atılan uğurlu addımdır.
Oxşar xəbərlər
X Bakı Beynəlxalq Kitab Sərgisi Füzulinin 530 illiyinə həsr olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dünya şöhrətli yazar Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri qonağı olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan nəşrləri XXI Beynəlxalq “Kitab sənəti” müsabiqəsində qalib olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: "Builki kitab sərgisinin fəxri qonağı ICESCO olacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












