Muğan bölgəsində arpa biçini yekunlaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
12 
iy
2025
00:30

Muğan bölgəsində arpa biçini yekunlaşıb

12 iy, 2025
00:30
540

Muğan bölgəsində arpa biçini yekunlaşıb

Muğan bölgəsində arpa biçini yekunlaşıb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, Cəlilabad, Biləsuvar və İmişli rayonlarında arpa biçini işləri başa çatıb.

Cəlilabad rayonunda bu il 13 min 450 hektar arpa sahəsindən 42 min 980 ton məhsul biçilib. Biləsuvar rayonunda bu il 24 min 114 hektar sahədə arpa əkilib və 72 min 345 ton məhsul əldə olunub.

İmişli rayonunda isə bu il 6 min 844 hektar arpa sahəsindən 26 min 702,8 ton məhsul toplanıb.

Fermerlərin sözlərinə görə, hazırda məhsulun satış qiymətinin kiloqramı 25-30 qəpik təşkil edir.

Bizimlə əlaqə saxlayın