MÜTDA: Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir
Təhsil İdarələrində çalışan çoxsaylı əməkdaşın işdən azad olunması və ixtisarı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Sizinxeber.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, əvvəlki strukturda metodiki kabinetlərdə çalışan metodistlər fəaliyyətini tabe müəssisələrdə davam etdirir. Əməkdaşların işlə təminatı prosesi hazırda da davam etməkdədir.
"Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasına əsasən, ümumi təhsildə tədrisin keyfiyyətinin artırılması istiqamətində müasir metodiki xidmətin qurulması qarşıda duran əsas hədəflər siyahısındadır. Bu hədəflərə çatmaq üçün Agentliyin yerli bölmələrinin strukturunda dəyişiklik edilməsi, mövcud metodiki xidmət işinin yenidən təşkili və təkmilləşdirilməsi prosesi həyata keçirilir. Müasir metodiki xidmətin təşkilində məqsəd ümumtəhsil müəssisələrində çalışan təhsilverənlərə müasir tələblərə cavab verən metodik dəstəyin həyata keçirilməsi, prosesinin daha keyfiyyətli təşkilinə nail olmaqdır", - məlumatda deyilir.
Qeyd edək ki, cari il ərzində metodik xidmətə cəlb olunacaq yeni metodistlərin seçimi, təlimləndirilməsi və işə cəlbi prosesinin həyata keçirilməsi nəzərdə tutulur.
2025-ci il ərzində yeni formalaşdırılacaq metodik xidmətə 500-dən çox metodistin cəlbi nəzərdə tutulur.
Bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.
Oxşar xəbərlər
MÜTDA: Təhsil idarələrində çalışanların işdən azad olunması ilə bağlı yayılan məlumatlar doğru deyil
Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşlarının işdən azad olunması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir
Qarabağ Regional Təhsil İdarəsi əməkdaşlarının işdən azad olunması ilə bağlı xəbərlərə münasibət bildirib
Qarabağ Regional Təhsil İdarəsi çoxsaylı əməkdaşının işdən azad olunması xəbərinə aydınlıq gətirib
Dövlət Agentliyi məktəbli formaları ilə bağlı valideynlərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
ABŞ-nin yeni hərbi kontingentinin Litvaya gəlişinin anonsu verilib
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
