Ağalı kənd məktəbinə yeni direktor təyin olunub
Zəngilan rayonu Ağalı kənd tam orta ümumtəhsil məktəbinə yeni direktor təyin olunub.
“Report”un əldə etdiyi məlumata görə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmri ilə bu vəzifəyə Niftəliyev Azər Əlizamin oğlu təyinat alıb.
Məlumatı “Report”un sorğusuna cavab olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsi təsdiqləyib.
Qeyd edək ki, A.Niftəliyev bu vəzifəyə təyin olunanadək Zəngilan rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Xatırladaq ki, məktəbin bundan əvvəlki direktoru Nərmin Həsənova bu ilin iyul ayında səhhəti ilə əlaqəli ərizə yazaraq işindən ayrılıb. Direktor vəzifəsi həmin məktəbin coğrafiya müəllimi Sahil Aslanlıya həvalə olunmuşdu.
Oxşar xəbərlər
132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib
Nazir müavini Firudin Qurbanov Ağalıda olub
Üç kollecə direktor təyin olunub - SİYAHI
Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub
Kolleclərə direktor müavinləri təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













