Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub
sizinxeber.az xəbər saytı

Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub


Naxçıvanda yeddi təhsil müəssisəsinə direktor təyin olunub.

Bu barədə "Sizinxeber.az"un yerli bürosu xəbər verir.

Belə ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsi üçün keçirilən müsahibə mərhələsində uğur qazanan namizədlərdən 6-sı Şərur rayon Muğancıq Mehrab, Babək rayon Yuxarı Buzqov, Ordubad rayon Nürgüt, Çənnəb, Culfa rayon Milax, Qazançı kənd tam orta məktəblərinə direktor vəzifəsinə təyinat alıblar.

Həmçinin Naxçıvan Qızlar Liseyində vakant olan direktor vəzifəsinə də təyinat olub.

Qeyd edək ki, noyabrın 16-da nazirliyin tabeliyində fəaliyyət göstərən şagird sayı 151-500 olan ümumtəhsil müəssisələrində vakant direktor vəzifəsi üzrə keçirilən test mərhələsində uğur qazanan namizədlər üçün müsahibə mərhələsi təşkil olunacaq.

Oxşar xəbərlər

Naxçıvanda ilk dəfə şagird sayı 500-dək olan məktəblərə direktor vəzifəsinə işə qəbul keçiriləcək
Naxçıvanda direktorların işə qəbul müsabiqəsinə sənəd qəbulunun vaxtı artırılıb
Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə məktəb direktorlarının yerdəyişməsi müsabiqəsi başlayıb
Naxçıvanda altı məktəb direktoru vəzifədən azad olunub
Musiqi, incəsənət məktəbi və mərkəzlərinə işə qəbul qaydalarında dəyişiklik edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər