Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı keçiriləcək
Sumqayıt Dövlət Universitetində 10-11 dekabrda doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransı (NASCO XXVII) keçiriləcək.
"Sizinxeber.az" xəbər verir ki, konfransın keçirilməsində məqsəd doktorant və gənc tədqiqatçıların apardığı elmi-tədqiqat işlərinin nəticələrinin müzakirəsini təşkil etmək, habelə onların elmi yaradıcılığını stimullaşdırmaqdır.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən konfrans təbiət elmləri, İKT və mühəndislik, sosial-humanitar elmlər istiqamətləri üzrə təşkil ediləcək.
Konfransda təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan vətəndaşı olan, respublikada və xaricdə ali təhsil müəssisələrində və elmi-tədqiqat institutlarında fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorantlar və dissertantlar, doktorantura/dissertantura təhsilini bitirmiş müdafiə ərəfəsində olan şəxslər, həmçinin fəlsəfə doktoru elmi dərəcəsi almış 35 yaşa qədər gənc tədqiqatçılar iştirak edə bilərlər.
Konfransda iştirak üçün ətraflı məlumatı vasitəsilə əldə etmək olar.
Oxşar xəbərlər
Ötən il 526 nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb
Ötən il ölkədə dosent adı alanların adı açıqlandı
ADA Universitetində doktorantlar yetişdiriləcək
Doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı dəyişib
Azərbaycanda vergi işçiləri üçün elmi dərəcəyə görə əlavələrin məbləği müəyyən edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














