Deputat: Davamlı olaraq hədəfə alınmaq müəllimlərin psixoloji durumuna təsir edir
sizinxeber.az xəbər saytı

Deputat: Davamlı olaraq hədəfə alınmaq müəllimlərin psixoloji durumuna təsir edir


Davamlı olaraq hədəfə alınmaq müəllimlərin psixoloji durumuna da təsir edir.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsində deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, son günlər davamlı olaraq Azərbaycan mətbuatında müəllimlərlə bağlı yazılar gedir: “Bölgələrdən birində müəllimə üzük bağışlanması və s. hadisələr olub. Mətbu orqanlar müəllimin nüfuzunu qorumalıdırlar. Müəllim qaydalara uyğun davranmalıdır. Bu gün bizim cəmiyyət müəllimə yüklənib, davamlı olaraq müəllim hədəfə alınır, bu, müəllimin psixoloji durumuna da təsir edir. Müəllim rüşvət almamalıdır, qaydaları pozmamalıdır. Son hadisə bir daha göstərdi ki, bəzi təşəbbüslər valideynlər tərəfindən olur. Valideynlər də bu təşəbbüslərdən uzaq olmalıdır. Biz heç bir neqativin olmasını istəmirik. Amma neqativ hal tək məktəbdədirmi? Bu cür müzakirələr mənfi nəticələrə aparır”.

Oxşar xəbərlər

Deputat: Müəllimlər yaşadığı yerlərdən uzaqda dərs deyir, tıxacların bir səbəbi də budur
Universitetlərdə müəllimlərin maaşların və elmi dərəcələrə görə verilən vəsaitin artırılması təklif olunub
İkili ixtisaslı müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məqamlar açıqlanıb
Sentyabrda müəllimlərin sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə start veriləcək
Agentlik: İşdən çıxarılan hər müəllimlərin yerinə işə götürülən olmayacaq, fənn müəllimlərinin dərs saatları artırılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər