Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb - FOTO
sizinxeber.az xəbər saytı

Elm və təhsil naziri Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb - FOTO


Yanvarın 21-də elm və təhsil naziri Emin Əmrullayev Bakının Xəzər və Pirallahı rayonlarının məktəb direktorları ilə görüşüb.

APA xəbər verir ki, Görüşdə elm və təhsil naziri Emin Əmrullayev tədrisin keyfiyyətinin yaxşılaşdırılması, məktəb idarəetməsinin təkmilləşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, həmçinin məktəb-icma əməkdaşlığının inkişaf etdirilməsi məsələlərindən söz açıb.

Məktəblərin inzibati idarəetməsində mövcud problemlər və onların həlli ilə bağlı addımları qeyd edən nazir daha sonra şagirdlərin qiymətləndirilmə prosesinin şəffaf və obyektiv təşkilinin vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, müəllimlərin peşəkar inkişafına dəstək göstərilməsi, eləcə də nümunəvi təhsil mühitinin yaradılması əsas məsələlərdəndir. Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb.

Oxşar xəbərlər

Emin Əmrullayev məktəb direktorları ilə görüşüb, mövcud problemlərin həlli müzakirə edilib
Elm və təhsil naziri məktəb direktorları ilə görüşüb
Emin Əmrullayev məktəb direktorları ilə görüşüb
Nazir bir neçə məktəb direktoru ilə mövcud problemləri müzakirə edib
Nazir məktəb direktorları ilə təhsil sahəsində islahatları müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər