Peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 179 namizəd keçid balını toplaya bilməyib
sizinxeber.az xəbər saytı

Peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 179 namizəd keçid balını toplaya bilməyib


Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 61 namizəd keçid balını toplayıb, 179 namizəd müvafiq balı toplaya bilməyib.

"Report" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.

Bildirilib ki, 23 iyun tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 295 nəfər namizəd qeydiyyatdan keçmiş, bunlardan 240 nəfəri imtahanda iştirak edib. 25 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 25% təşkil edib.

“İbtidai sinif müəllimliyi” ixtisası üzrə peşə tanınması əldə etmək istəyən namizdələrin 90% müvafiq imtahanda uğursuz olub. “Yanğın təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrəisə namizədlərin 87% müvafiq imtahanda uğursuz olub. Eyni zamanda, “Hüquqşünaslıq” ixtisası üzrə bu imtahanda namizədlərin 93%-i müvafiq imtahandan kəsilib.

Oxşar xəbərlər

Peşə tanınması ilə bağlı keçirilmiş imtahandan 179 nəfər kəsilib
Diplomu saxta olduğu deyilən türkiyəli həkim imtahanda keçid balını yığa bilməyib
Peşə tanınması üzrə imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib
Peşə tanınmasında məzunları ən çox imtina alan Ukrayna və Rusiya universitetlərinin adları açıqlanıb
Xaricidə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle