Peşə tanınması üzrə imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib
sizinxeber.az xəbər saytı

Peşə tanınması üzrə imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib


Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xarici dövlətlərdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə keçirilən imtahanda 149 nəfər müvəffəqiyyət əldə edib.

DİM-dən "Sizinxeber.az"a bildirilib ki, imtahan vermək üçün qeydiyyatdan keçmiş 305 nəfərdən 33-ü imtahana gəlməyib.

İmtahanda 30 test tapşırığı təqdim olunub. Hər doğru cavab bir balla, səhv və ya cavab verilməyən tapşırıqlar sıfır balla qiymətləndirilib.

Oxşar xəbərlər

Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı veriblər - YENİLƏNİB
Xaricdə ali təhsil almış şəxslər peşə tanınması imtahanı verəcəklər
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə imtahan keçirilib
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahan keçiriləcək
Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması üzrə növbəti imtahanın vaxtı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle