Emin Əmrullayev: Gənc qızların təhsilinə dəstək layihələri daha çox olmalıdır
Gənc qızların təhsilinə dəstək layihələri daha çox olmalıdır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev "Gənc qızların təhsilinə dəstək” layihəsi iştirakçılarının məzun günündə danışıb.
Onun sözlərinə görə, tədqiqatlar anaların təhsilli olmasının sonrakı nəslin daha hazırlıqlı və savadlı yetişməsinə təsir etdiyini göstərir:
"Ona görə də təhsilin bütün pillələrində qadınların və qızların iştirakı təmin edilməlidir. İnanırıq ki, gənc qızların təhsilinə dəstək layihələri, təqaüd proqramları daha çox olmalıdır. Bu, xeyriyyəçilik ənənələrinin geri qayıtması baxımından da faydalıdır. Bir cəmiyyətin inkişafı onun parçası olan qadınların inkişafından birbaşa asılıdır. Qadınların güclü olması kişilərin zəif olması deyil, onların daha da güclü olması anlamına gəlir. Eyni zamanda xeyriyyəçilik ənənələrinin davam etdirilməsi, özəl və dövlət sektorunun bu işdə birgə fəaliyyəti təhsilin inkişafına dəstəkdir".
Oxşar xəbərlər
Nazir: Azərbaycanda qızların təhsilinə dəstək üçün özəl şirkətlərlə əməkdaşlıq olunur
Nazir: Sevindiricidir ki, “Hənifə Məlikova – Zərdabi adına təqaüd proqramı”ndan 265 tələbə qız yararlanır
Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu memorandum imzalayıb
Kapital Bank-dan qızların təhsilinə dəstək: “Arzumuz var” sloqanı ilə təqaüd proqramına start verilir
BMT-dəki daimi nümayəndə: Azərbaycanda qadınlar elmdə nəzərəçarpacaq uğurlar əldə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













