Hacıqabul Sənaye Parkının məhsul satışının ümumi dəyəri açıqlanıb
sizinxeber.az xəbər saytı

Hacıqabul Sənaye Parkının məhsul satışının ümumi dəyəri açıqlanıb


Bu günə qədər Hacıqabul Sənaye Parkı üzrə 201,2 milyon manat investisiya portfeli formalaşıb, 463,7 milyon manatlıq məhsul satılıb.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyiə istinadən xəbər verir.

Məlumata görə, satışın 10,3 milyon manatı ixracın payına düşüb.

Parkda 576 daimi iş yeri yaradılıb. Hazırda sənaye parkında 14 rezident və 5 qeyri-rezident fəaliyyət göstərir.

Hacıqabul Sənaye Parkı ölkənin sənaye potensialının gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı və regionlarda məşğulluğun artırılması istiqamətində mühüm rol oynayır. Parkın prioritet fəaliyyət istiqamətləri avtomobil sənayesi, kənd təsərrüfatı məhsullarının çeşidlənməsi, qablaşdırılması, emalı və konservləşdirilməsi, tikinti-inşaat materiallarının istehsalı, bərpa olunan enerji və maşınqayırma sahələrini əhatə edir.

Oxşar xəbərlər

Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55 % artıb
Hacıqabul Sənaye Parkında məhsul istehsalının həcmi açıqlanıb
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında görülmüş işlər açıqlanıb
Pirallahı Sənaye Parkının ərazisi tam şəkildə sahibkarların istifadəsinə verilib
Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisə fəaliyyətə başlayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər