Dövlət Agentliyi sertifikasiya imtahanından sonra bəzi müəllimlərin narazılığına münasibət bildirib
sizinxeber.az xəbər saytı

Dövlət Agentliyi sertifikasiya imtahanından sonra bəzi müəllimlərin narazılığına münasibət bildirib


“İyunun 18-dən başlayan təhsilsevərənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir. Bu gün üçüncü günü keçirilən test imtahanında artıq 8149 müəllim iştirak edib. Ümumilikdə deyə bilərik ki, prosesdə 95% davamiyyət qeydə alınıb”.

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

"Hər bir imtahan günü bitdikdən dərhal sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılır. Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Apellyasiyanın keçirilməsində məqsəd iştirakçıların müraciətlərinin araşdırılması, neqativ və uyğunsuzluq hallarının aradan qaldırılması, eyni zamanda şəffaflığın və obyektivliyin təmin edilməsidir”, - Nurlan İsmayılbəyli vurğulayıb.

Bununla yanaşı, o qeyd edib ki, imtahandan sonra bəzi sosial media platformalarında müəllimlər tərəfindən imtahanın tərtibi ilə bağlı bəzi narazılıqların səsləndirildiyi də müşahidə olunur: “Bu səbəbdən bir daha xatırladırıq ki, imtahanla bağlı hər hansı müraciəti və ya sualı olan müəllimlər mütləq şəkildə apellyasiya mərhələsindən istifadə etməlidirlər. Müraciətlər emal ediləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Oxşar xəbərlər

MÜTDA sertifikasiyadan narazılıq edən müəllimlərə müraciət edib
Müəllimlərin əməkhaqları sertifikatlaşdırma prosesinin nəticələrinə uyğun artırılacaq
Bağçalara direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı keçirilir
Təkrar sertifikatlaşdırma müsahibələrində 3393 müəllim uğur qazanıb
Sentyabrda müəllimlərin sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə start veriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle