Təkrar sertifikatlaşdırma müsahibələrində 3393 müəllim uğur qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
24 
sen
2024
14:50

Təkrar sertifikatlaşdırma müsahibələrində 3393 müəllim uğur qazanıb

24 sen, 2024
14:50
683

Təkrar sertifikatlaşdırma müsahibələrində 3393 müəllim uğur qazanıb

Təkrar sertifikatlaşdırma prosesinin müsahibə mərhələsinə dair məlumat şəxsi kabinetlərə göndərilib

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən APA-ya verilən xəbərə görə, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin nəticələri barədə məlumat müəllimlərin şəxsi kabinetlərinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə nəticələri ilə tanış ola bilərlər.

Təkrar sertifikatlaşdırmanın müsahibələrində 3393 müəllim uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Müsahibələrdə 99% davamiyyət qeydə alınıb.

Qeyd edək ki, təkrar sertifikatlaşdırmadan keçmiş 3252 təhsilverənin vəzifə maaşına 35 faiz, 24 təhsilverənin isə 10 faiz artım tətbiq olunacaq.

Xatırladaq ki, təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin apellyasiya müraciətləri 25 sentyabr saat 12:00-dan etibarən qəbul olunacaq. Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq 24 saat ərzində apellyasiya müraciəti edə bilərlər.

Bizimlə əlaqə saxlayın