MÜTDA sertifikasiyadan narazılıq edən müəllimlərə müraciət edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
in
2025
16:00

MÜTDA sertifikasiyadan narazılıq edən müəllimlərə müraciət edib

20 in, 2025
16:00
218

MÜTDA sertifikasiyadan narazılıq edən müəllimlərə müraciət edib

“İyunun 18-dən başlayan təhsilsevərənlərin sertifikatlaşdırılması imtahanında 8149 müəllim iştirak edib".

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.

O bildiirb ki, prosesdə 95% davamiyyət qeydə alınıb: "Hər bir imtahan günü bitdikdən dərhal sonra apellyasiya müraciətlərinin qəbuluna başlanılır.

Proseslə bağlı müraciətləri olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər".

Müavin vurğulayıb ki, apellyasiyanın keçirilməsində məqsəd iştirakçıların müraciətlərinin araşdırılması, neqativ və uyğunsuzluq hallarının aradan qaldırılması, eyni zamanda şəffaflığın və obyektivliyin təmin edilməsidir: "Bununla yanaşı, qeyd edim ki, imtahandan sonra bəzi sosial media platformalarında müəllimlər tərəfindən imtahanın tərtibi ilə bağlı bəzi narazılıqların səsləndirildiyi də müşahidə olunur.

Bu səbəbdən bir daha xatırladırıq ki, imtahanla bağlı hər hansı müraciəti və ya sualı olan müəllimlər mütləq şəkildə apellyasiya mərhələsindən istifadə etməlidirlər.

Müraciətlər emal ediləndən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək".

Bizimlə əlaqə saxlayın