Qubaya 20 sm qar yağıb - FAKTİKİ HAVA
Yanvarın 19-u saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər rayonlarında hava şəraiti arabir yağıntılı olub.
Milli Hidrometeorologiya Xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 20 sm, Şahdağda 18 sm, Zaqatalada (Əlibəy) 8 sm, Qaxda (Sarıbaş) 5 sm, Qusar (Laza), Xınalıqda 3 sm, Xaçmaz, Şəkidə (Kişçay) 1 sm-dir.
Belə ki, düşən yağıntının miqdarı Şabranda 4 mm, Qubada (Qımıl) 3 mm, Zaqatala, Xınalıq, Altıağac, Şəkidə 1 mm-dək olub.
Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Qobustanda 18 m/s, Naftalanda 16 m/s, Kəlbəcərdə 15 m/s-yə çatıb.
Sumqayıt, Quba, Qusar, Qrız, Lerik, Qaxda duman müşahidə olunub, dumanda görünüş 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.
Oxşar xəbərlər
Dağlıq rayonlarda qar yağıb, duman olub - FAKTİKİ HAVA
Qax, Şəki, Xınalıq, Qusar, Qrız və Şahdağda qar yağır - FAKTİKİ HAVA- YENİLƏNİB
Bəzi yerlərə yağış və qar yağıb - FAKTİKİ HAVA
Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
Bəzi rayonlara yağış və qar yağıb, güclü külək əsib - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Azercell və "Samsung"dan yeni kampaniya!
-
Şəkidə "Səyyar Gənclər Xidməti" layihəsinin açılışı olub
-
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
-
Antiinhisar Dövlət Agentliyi AAYDA ilə bağlı araşdırmanı yekunlaşdırıb
