Şöbə müdiri: Ekoloji aksiyalar zamanı 110 tondan çox tullantı təmizlənib
Ekoloji aksiyalar zamanı 110 tondan çox tullantı təmizlənib.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova "Xəzəri qoruyaq" şüarı ilə keçirilən Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr olunmuş ekoloji aksiya zamanı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün sonuncu kütləvi təmizlik aksiyası keçirilir: "Bu günə qədər aksiyada yüzlərlə insan iştirak edib. Sevindirici haldır ki, gənclər ətraf mühitin mühafizəsinə diqqətlə yanaşırlar. Onlar ilboyu müxtəlif ekoloji aksiyalarda fəal iştirak ediblər. Təmizlik aksiyalarına mövsümün əvvəlindən start verilib. Aksiya meşə ərazilərini, dəniz sahillərini, yolların ətrafını, demək olar ki, bütün ictimai yerləri əhatə edib. Məqsəd insanları tullantıları lazım olan yerlərə atmağa sövq etməkdir. Aksiyalar müddətində 110 tondan çox tullantı təmizlənib. Tədbirlər ilin müxtəlif vaxtlarında da davam etdirilir".
Oxşar xəbərlər
“Təmiz Daşkəsən” layihəsi çərçivəsində növbəti ekoloji aksiya keçirilib - FOTO
Xidmət rəsmisi: Son dövrlər Xəzərdəki səviyyə tərəddüdlərinin regional səviyyədə həlli önəmlidir
Xidmət rəisi: Azad olunan ərazilərə səfər zamanı ətrafı zibilləyənlərə qarşı ciddi tədbirlər görülməlidir
Bakıda dəmir yollarının təhkim zolaqları tullantılardan təmizlənib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3

