Xidmət rəsmisi: Son dövrlər Xəzərdəki səviyyə tərəddüdlərinin regional səviyyədə həlli önəmlidir
sizinxeber.az xəbər saytı

Xidmət rəsmisi: Son dövrlər Xəzərdəki səviyyə tərəddüdlərinin regional səviyyədə həlli önəmlidir


Son dövrlər dənizdə müşahidə olunan səviyyə tərəddüdləri iqlim dəyişmələrinin təsiri ilə bağlıdır və bu məsələnin beynəlxalq və regional səviyyədə həlli önəmlidir.

"Report" xəbər verir ki, bunu Milli Hidrometrologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova "Xəzəri qoruyaq" şüarı ilə keçirilən Beynəlxalq Sahilyanı Təmizlik Gününə həsr olunmuş ekoloji aksiya zamanı jurnalistlərə açıqlamasında deyib.

Xidmət rəsmisi xatırladıb ki, BMT-nin qəbul etdiyi qərara əsasən 1978-ci ildən Beynəlxalq Dəniz Günü qeyd olunur:

"Günün əhəmiyyəti ondan ibarətdir ki, Xəzər dənizinin ekoloji məsələləri, tərəddüdləri ilə bağlı məsələnin həllini ictimaiyyətin, beynəlxalq təşkilatların diqqətinə çatdırılsın. Xəzər dənizi regionda yaşayan xalqlar üçün hər zaman önəmli olub. Eləcə də onun təbii sərvətləri dünyanın maraq dairəsindədir. Dəniz üzərində 1837-ci ildən davamlı müşahidələr aparılır. Bu məlumatlar Ümumdünya Metrologiya Xidməti tərəfindən yaradılmış Koordinasiya Komitəsində müzakirə olunur və məlumatlar araşdırılır. Son dövrlər dənizdə müşahidə olunan səviyyə tərəddüdləri iqlim dəyişmələrinin təsiri ilə bağlıdır. Bu məsələnin beynəlxalq və regional səviyyədə həlli önəmlidir".

Oxşar xəbərlər

Xidmət rəisi: Xəzər dənizinin səviyyəsinin düşməsi davam edir
Xidmət rəisi: Hazırda Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir
Xəzərdə kəskin enmə prosesləri müşahidə edilir
Havada tozun miqdarı artıb, proses iki gün davam edəcək
Rusiyalı diplomat: Xəzər regionunun birləşdirici rolu artacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle