Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə yola salınıb - FOTO
sizinxeber.az xəbər saytı

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 408 ton gübrə yola salınıb - FOTO


Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.

Sizinxeber.az xəbər verir ki, 6 vaqondan ibarət, çəkisi 408 ton olan gübrə Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 33 min tondan çox taxıl, 7 min tondan çox gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Oxşar xəbərlər

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon gübrə və antrasit göndərilib - YENİLƏNİB
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 280 ton buğda və 277 ton gübrə göndərilib - FOTO
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib - YENİLƏNİB - FOTO
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndərilib - YENİLƏNİB
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər