Anım Günü ilə əlaqədar paytaxtda ağacəkmə aksiyası keçirilib
27 Sentyabr – Anım Günü münasiətilə Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) və Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən APA-ya verilən xəbərə görə, aksiyada icra hakimiyyətinin əməkdaşları, struktur bölmələrin işçiləri, İctimai Birliyin könüllüləri və AKTİ-ın üzvləri iştirak ediblər.
"Aksiya çərçivəsində ərazi yararsız tullantılardan təmizlənib, Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd şam ağacı əkilib, damcı üsulu ilə suvarma sistemi quraşdırılıb, həmçinin ağaclara gələcəkdə qulluq göstərilməsi üçün cavabdeh şəxslər müəyyənləşdirilib.
Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatırəsinin əbədiləşdirilməsi məqsədilə salınan yeni yaşıllıqlar ekoloji vəziyyətin yaxşılaşdırılması və ərazinin görünüşünün daha da gözəlləşməsinə töhfə verəcək", - məlumatda deyilir.
Oxşar xəbərlər
Bakının “Gənclik” parkında ağacəkmə aksiyası keçirilib - FOTO
Bakıda iməcilik keçirilib
Sabah Bakıda iməcilik keçiriləcək
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı növbəti dəfə sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
