Azərbaycan insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 nəfəri İnterpol kanalları ilə axtarır
sizinxeber.az xəbər saytı

Azərbaycan insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 nəfəri İnterpol kanalları ilə axtarır


Hazırda insan alveri cinayəti törətməkdə təqsirləndirilən 11 (2023-cü illə müqayisədə 1 nəfər az) nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.

Sizinxeber.az-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda (2024-cü il) əksini tapıb.

Qeyd edilib ki, hesabat ilində insan alveri (15), seksual xarakterli hərəkətlərə cəlb etmə, əxlaqsız yuvaları saxlama, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma cinayətlərinə görə 30 (2023-cü illə müqayisədə 9 nəfər çox) təqsirləndirilən şəxs yerli axtarışda olub, onlardan 16 (2023-cü illə müqayisədə 7 nəfər çox) nəfəri, o cümlədən 3 (2023-cü illə müqayisədə 2 nəfər az) insan alverçisi saxlanılaraq cinayət təqibi orqanına təqdim olunub.

Həmin şəxslərin gizləndikləri ölkələr və barələrində digər zəruri məlumatlar əldə edilərək ikitərəfli və çoxtərəfli qarşılıqlı hüquqi yardım haqqında müqavilələrin tələblərinə uyğun ekstradisiyası üçün aidiyyəti üzrə müraciətlər ünvanlanıb.

Oxşar xəbərlər

Azərbaycan insan alveri ilə bağlı 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçən il 161 insan alveri faktı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“WhatsApp”, “Tik-tok”, “İnstagram” və “Telegram” vasitəsilə törədilən insan alveri cinayətlərinin sayı açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
4 miqrasiya kanalı müəyyən olunub, 15 əcnəbi saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər