2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb
sizinxeber.az xəbər saytı

2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb


2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb.

"Report" xəbər verir ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında öz əksini tapıb.

Sənəd parlamentin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.

İllik məlumatda qeyd edilib ki, cinayətlərin 161-i cinsi istismar, 44-ü insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər, biri isə məcburi əməklə bağlı olub.

Həmin faktlar üzrə 15 cinayət işi başlanılaraq 16 şəxs (13 qadın, 3 kişi) təqsirləndirilən qismində cəlb edilib.

Hesabat dövründə ümumilikdə 13 cinayət işinin (6-ı ötən illərin) istintaqı tamamlanıb, 14 nəfər (11-i qadın, 3-ü kişi) məhkəmə məsuliyyətinə verilib, insan alverçilərinin 11-i haqqında ittihamedici hökmlər çıxarılıb.

Hesabat müddətində 14 nəfər məhkəməyə cəlb edilib.

Oxşar xəbərlər

Keçən il 161 insan alveri faktı aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan insan alveri ilə bağlı 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
MM-də İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı təqdim edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər