Bakıdan Varşavaya uçan təyyarə təcili geri qayıdıb
Bu gün səhər saatlarında Bakıdan Varşavaya uçuş yerinə yetirən LOT Polish Airlines aviaşirkətinə məxsus Boeing 737 tipli hava gəmisinin kapitanı, göyərtədəki sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna geri dönmək qərarı alıb və məcburi eniş sorğusu göndərib.
Bu barədə Sizinxeber.az-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hava gəmisi saat 07:45-də Bakı hava limanına uğurla eniş edib. Enişdən dərhal sonra təyyarəyə tibbi xidmət əməkdaşları yönləndirilmiş, sərnişinə yerində ilkin tibbi yardım göstərilib. Həkimin qərarına əsasən, sərnişinin uçuşu davam etdirməsinə icazə verilməyib və o, tibbi nəzarətə götürülüb.
Eyni zamanda, kapitanın göstərişi ilə hava gəmisinin əlavə texniki baxışa ehtiyacı olduğu bildirildiyindən, digər sərnişinlər təyyarədən təxliyə edilərək hava limanında müvəqqəti yerləşdirilib.
Oxşar xəbərlər
LOT aviaşirkətinin təyyarəsi təcili qaydada Bakıya qayıdıb
Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib
“Lufthansa” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib
Moskvadan Dubaya uçan təyyarə Bakıya məcburi eniş edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











