Bakıda güclü külək nəticəsində 368 ağac sınıb, 55-i zədələnib
Artıq ikinci gündür ki, Bakı və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejimində çalışırlar.
Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Sizinxeber.az-ya bildirilib.
Qeyd edilib ki, aprel ayının 15-dən başlayan leysanla müşahidə edilən şiddətli küləyin sürəti saatda 90 km-ə çatıb və şəhərin müxtəlif rayonlarında 368 ağacın sınmasına, 55-dən çox ağacın budaqlarının qırılmasına səbəb olub.
"Dünyanın bir sıra şəhərlərində olduğu kimi, Bakı şəhərində də torpağın yarımsəhra iqlim şəraitinə malik olması, torpaq qatının nazikliyi bəzi hallarda ağacların kök sisteminin zəif inkişafına gətirib çıxarır. Bu da, güclü külək qarşısında ağacların dözümlülüyünü zəiflədir, leysan xarakterli yağış isə bu prosesi daha da sürətləndirir. Həmçinin təsadüfi deyil ki, Bakıda aşan ağacların əksəriyyəti 1960-1970-ci illərdə əkilib və aşma səbəbindən biri də yaşlarının həddindən çox olmasıdır.
Bütün gecə və hazırkı vaxtda qırılan ağacların Birliyinin əməkdaşları tərəfindən kəsilməsi, zədələnənlərin budanması və ərazinin təmizlənməsi işləri aparılır. Eyni zamanda şiddətli külək nəticəsində zədələnmiş, aşma təhlükəsi olan ağaclara aqrotexniki qulluq göstərilir, dayanıqlılığının artırılması üçün dirəklər verilir və bərpası istiqamətində işlər həyata keçirilir.
Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş iş rejimində işlərini davam etdirir", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
Güclü külək Bakıda 55 ağacı sındırıb - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yağıntı ilə əlaqədar Bakıda qabaqlayıcı tədbirlər müəyyənləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağışı yağır - FAKTİKİ HAVA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yağıntı ilə əlaqədar Bakıda qabaqlayıcı tədbirlər müəyyənləşdirilib - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












