MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
sizinxeber.az xəbər saytı

MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib


17–25 iyun tarixlərində keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb.

Bu barədə APA-ya MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, ölkənin 19 şəhər və rayonunda fəaliyyət göstərən 35 imtahan mərkəzində tam elektron formada təşkil olunan imtahanlarda 22 mindən çox müəllim iştirak edib. İmtahanlarda 96 faiz davamiyyət qeydə alınıb.

Qeyd olunub ki, sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqust ayında keçiriləcək. Bununla bağlı ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Məlumata görə, bu gün keçirilən sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna iyunun 26-da saat 12:00-dan etibarən başlanılacaq.

Proses və nəticələrlə bağlı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsi vasitəsilə müraciətlərini təqdim edə bilərlər.

Apellyasiya müraciətlərinin qəbulu iyulun 26-da saat 12:00-dək davam edəcək. Müraciətlər təhlil edildikdən sonra yekun nəticələr elan olunacaq.

Oxşar xəbərlər

Müəllimlərin sertifikasiya imtahanının ilk günü yekunlaşıb, 98% davamiyyət qeydə alınıb
MÜTDA: Sertifikatlaşdırma imtahanının ilk günü 98% davamiyyət qeydə alınıb
Sertifikasiya üzrə test imtahanının ikinci günündə 3 mindən çox müəllim iştirak edib
Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı açıqlanıb
Bugünkü sertifikasiya imtahanlarında 3 300 müəllim istirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər