Yağıntı ilə əlaqədar Bakıda qabaqlayıcı tədbirlər müəyyənləşdirilib
Bakıda bu gün səhər saatlarından başlayan yağıntının normadan artıq olması müşahidə olunur.
APA-nın xəbərinə görə, Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşı Dəniz Məmmədli bildirib ki, bu hal şəhərin kanalizasiya sisteminin xaric edə biləcəyi miqdardan xeyli artıqdır və dünyanın heç bir şəhəri bundan sığortalanmayıb: “Belə hallar son zamanlarda Avropa və dünyanın digər ölkələrində də müşahidə olunmaqdadır. Misal üçün İtaliyanın Siciliya bölgəsində, Avropanın digər şəhərləri və ya Rusiyada bəzi şəhərlər bu günlərdə təbii fəlakətlə üz-üzə qalıblar. Buna səbəb kimi bəzi alimlər qlobal iqlim dəyişikliyini də göstərirlər”.
Qeyd edilib ki, bu gün Bakı şəhər İcra Hakimiyyətində bununla bağlı müşavirə keçirilib. Xüsusi riskli ərazilərdə fövqəladə halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər müəyyənləşdirilib. Həmçinin Bakı Şəhər İcra hakimiyyəti təsərrüfat strukturları tərəfindən gün boyu aidiyyəti üzrə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə subasmalarla bağlı məlumatlar veriləcək.
Oxşar xəbərlər
BŞİH-də qanunsuz tikililərlə bağlı məsələ müzakirə edilib
Bakıda ziyanverici həşəratlara qarşı tədbirlər görülür
Bakıda rayon icra başçılarına qanunsuz tikililərlə bağlı ciddi xəbərdarlıq edilib
Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib, nöqsanlar tənqid edilib
Havada toz müşahidə olunur, Türkmənistandan daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












