Güclü külək Bakıda 55 ağacı sındırıb - FOTO - VİDEO
sizinxeber.az xəbər saytı

Güclü külək Bakıda 55 ağacı sındırıb - FOTO - VİDEO


Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən Sizinxeber.az-ya bildirilib ki, bu gün səhər saat 10:00 üçün olan məlumata görə, güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Birliyinin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.

Hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

Oxşar xəbərlər

Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ
Güclü külək Bakıda 27 ağacı sındırıb
Bakıda sürüşmə ehtimalı olan küçə və prospektlərə texniki duz səpilib - FOTO
Paytaxtda növbəti iməclik keçirilib - FOTO
Bu gün Bakının 551 küçəsi yuyulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər