Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ
sizinxeber.az xəbər saytı

Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ


Bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edilib ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Birlikdən bildirilib ki, hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

"Bütün hallarda Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən sınan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib", - məlumatda qeyd olunub.

Oxşar xəbərlər

Güclü külək Bakıda 27 ağacı sındırıb
Ötən gün Bakıda güclü küləyə görə 12 ağac aşıb
Bakda külək ağacı aşırıb
Qərb bölgəsində küləkli hava ciddi fəsadlar törədib
Bu gün Bakının 551 küçəsi yuyulub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər