Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatıb
sizinxeber.az xəbər saytı

Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatıb


İyunun 17-dən 25-dək keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Sizinxeber.az"a verilən məlumata görə, tam elektron formada, ölkə üzrə 19 şəhər və rayonda fəaliyyət göstərən 35 imtahan mərkəzində təşkil olunmuş imtahanlarda ümumilikdə 22 min nəfərdən çox müəllim iştirak edib, 96 faiz davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqustda təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 26 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Müraciətlərin qəbulu 26 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Oxşar xəbərlər

MÜTDA: Sertifikatlaşdırma imtahanının ilk günü 98% davamiyyət qeydə alınıb
Bugünkü sertifikasiya imtahanlarında 3 300 müəllim istirak edib
Bugünkü sertifikasiya imtahanlarında 5 945 müəllim iştirak edib
MÜTDA: 22 mindən çox müəllim sertifikatlaşdırma imtahanında iştirak edib
Müəllimlərin sertifikasiya imtahanının ilk günü yekunlaşıb, 98% davamiyyət qeydə alınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər