Gömrük Komitəsi elektron ticarətdə sui-istifadənin qarşısını almaq üçün yeni tədbirlər görür
Bu ilin iyun ayının 1-dən elektron ticarət vasitəsilə alınan malların Azərbaycana gətirilməsində "smart-customs" sistemində gömrük bəyannaməsinin tərtibi üçün yeni yanaşmaların tətbiqi müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldəcək.
Bunu "Report" İnformasiya Agentliyi və "İctimai TV"yə müsahibəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib.
"Artıq identifikasiya prosesi "ASAN İmza", "SİMA", "MyGOV QR" vasitəsilə reallaşdırılır. Bu həm şəffaflığı artırır, həm də dövlətimiz tərəfindən müəyyən edilmiş güzəştlərdən istifadə zamanı qaydalara riayətetmə səviyyəsini yüksəldir.
Biz əminik ki, bu ticarət növündən sui-istifadə edən şəxslər bundan sonra malları yalnız şəxsi istifadə məqsədilə xarici ölkədən gətirəcəklər, kommersiya məqsədli olduğu halda isə adi qaydada bəyan edərək, müvafiq gömrük ödənişlərini dövlət büdcəsinə ödəyəcəklər", - Ş. Bağırov vurğulayıb.
Onun sözlərinə görə, elektron ticarət yolları ilə malların alınması əsasən fiziki şəxslər tərəfindən həyata keçirilir. "Burada rəqəmləri də açıqlamaq istərdim. 2025-ci ildə bu göstərici 1,2 milyondan çox insanı əhatə edib - onlar elektron ticarət vasitəsilə müxtəlif əşyaları xarici ölkələrdən sadələşdirilmiş qaydalar çərçivəsində əldə ediblər. Bunun ümumi həcmi 501 milyon ABŞ dolları təşkil edir. Bu, ciddi bir rəqəmdir. Həmin vətəndaşlar tərəfindən 16 milyon bəyannamə təqdim olunub. Bu, sadələşdirilmiş prosedurlarla gətirilən mal həcmidir və yaxın coğrafiyada yerləşən ölkələrin təcrübəsinə nəzər salsaq, Azərbaycan bu sahədə lider mövqedədir.
Vətəndaş yönümlü, sosial yönümlü ticarətin, elektron ticarətin dəstəklənməsi baxımından ölkəmiz öndədir. Bununla yanaşı, əlbəttə, burada qaydalara əməl olunması zəruridir, çünki elektron ticarət öz-özlüyündə hər hansı məhsulun tamamilə sərbəst şəkildə gətirilməsi anlamına gəlmir. Qaydalara riayət olunmalıdır - bəyannamədə gömrük dəyəri düzgün göstərilməlidir. Burada mütəmadilik prinsipi əhəmiyyətlidir, çünki bir sıra hallarda bəzi vətəndaşlar bundan sui-istifadə etməyə meyl göstərirlər. Çoxsaylı malları şəxsi istifadə adı altında ölkəyə gətirirlər, nəticədə gömrük ödənişlərindən yayınırlar. Bunun qarşısını almaq üçün biz hesab edirik ki, biznesə bu barədə məlumat veririk, onlarla görüşlər təşkil edirik".
DGK sədri xatırladıb ki, gömrük dəyərinin təyin edilməsi üçün 6 üsul mövcuddur. Bu üsullar beynəlxalq normalarla müəyyən edilmiş üsullardır və gömrük dəyərləndirilməsi zamanı məhz bu üsullara istinad olunur və onun əsasında hesablamalar həyata keçirilir, o bildirib.
"Burada 6 üsulun ən əsaslarından biri sövdələşmə qiymətlərinə əsaslanan üsuldur. Sövdələşmə qiymətləri əsasında gömrük dəyərinin təyin edilməsi nəyi ifadə edir? Bu, qarşılıqlı etibar deməkdir, yəni gömrük orqanlarına təqdim olunan bəyannamələrdəki və sənədlərdəki məlumatlar həqiqətən doğru və düzgündür, burada əlavə yoxlamalara, dəyərin korreksiyasına lüzum yaranmır.
Təqdim edilmiş məlumatlar əsas götürülür. Sevindirici haldır ki, artıq birinci dəyərləndirmə üsulu, yəni gömrük orqanlarına təqdim edilmiş məlumatlara əsaslanan üsul 76,4 %-ə çatıb. İllər üzrə müqayisə aparsaq, əvvəllər bu göstərici daha aşağı idi. Bu o deməkdir ki, biznes artıq məlumatlıdır, hansı sənədləri təqdim etməli olduğunu, gömrük prosedurlarında könüllü riayətetmənin nədən ibarət olduğunu bilir.
Könüllü riayətetmənin əsas prinsipi ondan ibarətdir ki, hər bir sahibkar könüllü riayət vasitəsilə məhz öz dövlətinə xidmət göstərir. Bu yolla - könüllü riayətetmə, vaxtında ödəniş etmə - dövlətimizə, iqtisadiyyatımıza, ümumi rifahımıza töhfə verilir. Buna görə bu ümdə məsələlər olduğundan, çoxsaylı sahibkarlıq subyektləri məhz bu hədəflər istiqamətində fəaliyyət göstərir. Biz mərkəzi icra hakimiyyəti orqanı kimi buna böyük əhəmiyyət veririk", - Ş. Bağırov bildirib.
Müsahibənin tam mətni ilə bu linkdən tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Prezident onlara ali xüsusi rütbələr verdi
Azərbaycan gömrükçüləri ölkəyə qanunsuz mal gətirilməsinin qarşısını alıb
Gömrük generalı təqaüdə göndərildi
Azərbaycanda sərnişinlərə paylanılaraq ölkəyə qanunsuz keçirilən mallar aşkarlanıb
Prezident ona general-polkovnik rütbəsi verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
