Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağışı yağır - FAKTİKİ HAVA
Hazırda ölkə ərazisində saat 00:00 radələrindən başlayan yağış, hazırda güclü leysan yağışına keçib və bəzi ərazilərdə şimşək çaxır.
Sizinxeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qobustan avtomat meteoroloji stansiyasının məlumatına əsasən Qobustan ərazisində saat 00:10-dan başlayaraq güclü yağış yağır. Düşən yağıntının miqdarı 33 mm olub ki, bu da aylıq normanın 66%-ni təşkil edir və təhlükəli hidrometeoroloji hadisə hesab olunur.
Dağlıq ərazilərdə - Daşkəsən, Qrız (Quba), Xınalıq, Gədəbəydə qar yağır.
Hazırda Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan leysan yağışı yağır.
Küləyin maksimal sürəti 33 m/s-yə çatır. Dənizdə dalğanın hündürlüyü 3 metrdir.
Yaxın saatlarda prosesin gedişatı ilə bağlı yenilənmiş məlumat təqdim olunacaq.
Oxşar xəbərlər
Bakıda güclü küləklə müşayiət olunan leysan yağış yağır
Bakıda yağıntılı hava davam edir, dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
Şimşək çaxır, yağış yağır, dənizdə dalğanın hündürlüyü 3.8 metrə çatıb - ÖLKƏ ƏRAZİSİNDƏ FAKTİKİ HAVA
Bir sıra rayonlara qar yağır - FAKTİKİ HAVA - YENİLƏNİB 3
Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, bəzi rayonlara qar yağır - FAKTİKİ HAVA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












