FHN Milli Aviasiya Akademiyasında nümunəvi dərs keçirib
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən Milli Aviasiya Akademiyasında “Əhalinin fövqəladə hallar zamanı mühafizəsinin təşkili” mövzusunda nümunəvi dərs keçirilib.
FHN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, nümunəvi dərs müəllim və tələbələrin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, təhsil müəssisələrində baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaq məqsədilə təşkil edilib.
Tədbirdə FHN-in aidiyyəti strukturlarının əməkdaşları, universitetin müəllim və tələbələri iştirak ediblər.
Nümunəvi dərsi giriş sözü ilə açan Milli Aviasiya Akademiyasının “Nəqliyyat texnologiyaları” fakültəsinin dekanı Nazim Nağıyev bu tip maarifləndirici tədbirlərin həm professor-müəllim heyəti, həm də tələbələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra FHN-in Bakı Regional Mərkəzinin rəis müavini Nəcəf Novruzov Azərbaycanda dövlət səviyyəsində əhalinin təhlükəsizliyinə göstərilən diqqətdən, bu yöndə aparılan işlərdən, müxtəlif maarifləndirici-nümunəvi tədbirlərin təşkilinin əhəmiyyətindən danışıb.
Tədbirdə Nazirliyin əməkdaşları tərəfindən mülki müdafiənin əsas prinsipləri, fövqəladə hallar və bununla bağlı davranış qaydaları barədə tədbir iştirakçılarına ümumi məlumat verilib, mövzuya aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Oxşar xəbərlər
FHN-in Cənub Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Bakı Beynəlxalq Avtovağzal Kompleksində təlim keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN Lənkaranda hoteldə təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hadisələrdə mülki müdafiə qüvvələrinin idarə edilməsi ilə bağlı məşq keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












