

Emin Əmrullayev Parisdə UNESCO Baş direktorunun müavini ilə görüşüb
UNESCO-nun “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edən elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti martın 25-də UNESCO Baş direktorunun Təbiət elmləri üzrə müavini Lidiya Brito ilə görüşüb.
Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Görüşdə təbiət elmləri sahəsində birgə layihələrin həyata keçirilməsi və institusional tərəfdaşlıqların genişləndirilməsi imkanları müzakirə olunub.
Həmçinin COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında əldə edilmiş razılığa əsasən şagirdlərin iqlim savadlılığı üzrə göstəricilərinin Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramına (PISA) daxil edildiyini nəzərə alaraq bu istiqamətdə mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Bundan əlavə, STEAM layihəsi üzrə beynəlxalq təcrübə mübadiləsinin inkişaf perspektivləri dəyərləndirilib.
Nümayəndə heyəti daha sonra Mərakeş Krallığının ali təhsil, elmi tədqiqatlar və innovasiyalar naziri Azzedine El Midaoui ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Oxşar xəbərlər
Elm və təhsil naziri UNESCO-nun Qlobal Təhsil Görüşündə çıxış edib
Emin Əmrullayev “Elm Diplomatiyası üzrə Qlobal Nazirlər Dialoqu”nda iştirak edir
Azərbaycanın təşəbbüsü ilə dünyada şagirdlərin iqlim savadlılığı ölçüləcək
Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində müzakirə ediləcək mövzuları açıqlayıb
Emin Əmrullayev “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
