Emin Əmrullayev “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüşüb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
noy
2024
10:50

Emin Əmrullayev “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüşüb

20 noy, 2024
10:50
720

Emin Əmrullayev “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin nümayəndə heyəti ilə görüşüb

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan dünyanın nüfuzlu reytinq təşkilatlarından biri "QS Quacquarelli Symonds"un Baş vitse-prezidenti Ben Sauterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Sizinxeber.az-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində cari göstəricilərinin təhlili təqdim olunub və gələcək inkişaf imkanları müzakirə edilib.

Bizimlə əlaqə saxlayın