İqtisadçı: İğdır-Naxçıvan kəmərinin istifadəyə verilməsi ilə Naxçıvan beynəlxalq logistik mərkəzə çevriləcək
"İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi ilə bundan sonra da Naxçıvan Muxtar Respublikası beynəlxalq əhəmiyyətli logistik mərkəzə çevriləcək".
APA-nın Naxçıvan bürosu xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iqtisadçı İbrahim Hənifəzadə deyib.
O bildirib ki, İğdır-Naxçıvan qaz kəmərinin istifadəyə verilməsi Naxçıvanın bir mənbədən olan enerji asılığını aradan qaldıracaq və eyni zamanda Naxçıvanın enerji təhlükəsizliyinin dayanıqlığını təmin edəcək: "Naxçıvan Muxtar Respublikası əlverişli coğrafi məkanda yerləşir. Hazırda ölkəmiz nəinki Cənubi Qafqazda, o cümlədən dünyada özünün hərtərəfli iqtisadi inkişaf parametrlərinə görə lider mövqedədir. Makroiqtisadi sabitliyin əsas göstəricisi olan ümumidaxili məhsulun hər il artan templə müşahidə olunması, ölkə iqtisadiyyatının sürətli iqtisadi inkişafının əsas göstəricilərindən biridir. Ölkəmiz dünyanın enerji təhlükəsizliyinin əsas təminatçısı ölkələrindən birinə çevrilib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin bilavasitə hazırda fəaliyyət göstərməsi ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində gücünü artırır və əlavə dividentlər gətirir".
Eyni zamanda, İ.Hənifəzadə qeyd edib ki, ötən əsrin 90-cı illərin əvvəllərində məlum hadisələr səbəbindən Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşayıb. Hazırda muxtar respublikanın bilavasitə enerji təhlükəsizliyinin təminatı istiqamətində mühüm addımlar atılıb. Belə bir layihənin reallaşması bu gün nəinki Sədərək rayonu, eyni zamanda Naxçıvan Muxtar Respublikası üçün çox mühüm iqtisadi hadisələrdən biridir.
Oxşar xəbərlər
Türkiyənin baş konsulu: İğdır-Naxçıvan qaz kəmərinin önümüzdəki günlərdə tamamlanacağı gözlənilir
Sabah İğdır-Naxçıvan təbii qaz kəmərinin açılış mərasimi keçiriləcək
Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi təsdiq edilib
Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə sabah İğdır-Naxçıvan qaz kəmərinin açılışı olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
