Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi təsdiq edilib
sizinxeber.az xəbər saytı

Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi təsdiq edilib


Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının Qanunu təsdiq edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərar verib.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin gəlirləri 493 143 000,0 manat (o cümlədən muxtar respublikanın vergilər, rüsumlar və digər ödənişləri 207 430 000,0 manat, Azərbaycan Respublikasının dövlət büdcəsindən daxil olan dotasiya (transfertin yuxarı həddi) 285 713 000,0 manat), xərcləri 505 184 000,0 manat, (о cümlədən mərkəzləşdirilmiş gəlirləri 447 498 500,0 manat, yerli gəlirləri 45 644 500,0 manat, mərkəzləşdirilmiş xərcləri 453 320 500,0 manat, yerli xərcləri 51 863 500,0 manat) məbləğində təsdiq edilib.

Oxşar xəbərlər

Naxçıvan MR büdcəsinə veriləcək dotasiyanın həcmi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
2024-cü il dövlət büdcəsi ikinci oxunuşda TƏSDİQ EDİLDİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev 2024-cü il dövlət büdcəsini təsdiqlədi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanın 2025-ci il büdcəsi Ali Məclisin müzakirəsinə tövsiyə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası Naxçıvanda büdcədənkənar vəsaitlərin icrası ilə bağlı kənarlaşmalar aşkarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər