Dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə keçəcək
Dövlət orqanları (qurumları), təhsil və tibb müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, 2025-2026-cı illərdə Dövlət orqanlarının (qurumlarının),təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil ediləcək. NK və ƏƏSMN, ETN, SN, TƏBİB, NƏŞ tərəfindən müvafiq siyahılar təsdiq ediləcək və müvafiq siyahıya uyğun dəyişkən iş rejimi təşkil ediləcək.
Oxşar xəbərlər
Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq
Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndiriləcək
Xırdalan şəhərinə yeni yollar çəkiləcək
Təhsil alanların rahat və təhlükəsiz daşınması üçün “məktəb avtobusları”ndan istifadə ediləcək
Fərdi mobil nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə tədbirlər planı hazırlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













