Xırdalan şəhərinə yeni yollar çəkiləcək
M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolunu Xırdalan şəhərinin mərkəzi ilə birləşdirmək üçün müxtəlifsəviyyəli yol ötürücüsü tikiləcək”.
APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda əksini tapıb.
Dövlət Proqramına əsasən, AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ ilə birlikdə 2025-2030-cu illərdə yol qovşağının istismara verilməsini təmin etməlidir.
Eyni zamanda proqrama əsasən, Xırdalan şəhərinin M-1 Bakı-Quba Rusiya Federasiyası ilə dövlət sərhədi və M-4 Bakı−Şamaxı−Yevlax avtomobil yolları ilə əlaqələndirməsini təmin etmək məqsədilə avtomobil yolları şəbəkəsi təkmilləşdiriləcək. 2025−2026-cı illərdə AAYDA RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ tərəfindən yol şəbəkəsi istismara veriləcək.
Həmçinin Dövlət Proqramında qeyd edilib ki, M-4 Bakı-Şamaxı−Yevlax avtomobil yolunu M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometri (“VAZ dairəsi”) ilə Xırdalan şəhərinin Həsən Əliyev küçəsi vasitəsilə əlaqələndirmək üçün yol ötürücüsünün tikintisi və istismara verilməsi 2025-2030-cu illərdə təmin ediləcək. AAYDA və RİNN, İN, MN, DİN, ETSN, DŞAK, BŞİH, NƏŞ tərəfindən 2030-cu ilə kimi yolötürücüsü istismara veriləcək.
Oxşar xəbərlər
Bakı dairəvi−1 avtomobil yolu ilə Ziya Bünyadov prospektini əlaqələndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bilgəh−Novxanı−Xırdalan yolu çəkiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Elektrik mühərrikli 1000-dək avtobus alınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təkmilləşdiriləcək və bərpa olunacaq dəmiryolu xətləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
H.Z. Tağıyev−Salyan avtomagistralı tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












