Deputat: Kür çayında qanunsuz ov günbəgün artır, buna nəzarət yoxdur
Xəzər dənizi ilə yanaşı Kür çayının da problemləri var.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Kür çayında qanunsuz ov günbəgün artır, buna nəzarət yoxdur: “Həm də ötən illərdə daşqınlar oldu, daşqınların fəsadları hələ də qalmaqdadır. Kür çayının da monitorinqlərində deputatlar yaxından iştirak etməlidir”.
Naqif Həmzəyev Milli Məclisdə sahibsiz heyvanlarla rəftarla bağlı dinləmə keçirilməsini təklif edib: “Regionlarda bilmirlər ki, sahibsiz heyvanlarla necə rəftar edilsin. Sahibsiz heyvanlara rəftarla bağlı standartlar qəbul edilməlidir. Bakıda, Gəncədə bəzi imkanlar var, amma digər regionlarda nə icra, nə digərləri bilmir ki, sahibsiz heyvanlara necə davransın. Bəzən biabırçı mübarizə metodu seçilir, videolar yayılır”.
Oxşar xəbərlər
Deputat: "Ağac əkirlər, ancaq ona qulluq etmirlər"
Qubada sahibsiz itlər 3 nəfərə hücum edib
Məktəbəqədər hazırlığa cəlb edilən uşaqlara yemək verilməsi təklif olunub
Deputat: Zəfər tariximizin yenidən yazılmasını, ədəbiyyatda baxış yenilənməsini labüd edib
Deputat: Bakıətrafı kəndlərdə kanalizasiya sistemində ciddi problem var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













