Məktəbəqədər hazırlığa cəlb edilən uşaqlara yemək verilməsi təklif olunub
sizinxeber.az xəbər saytı

Məktəbəqədər hazırlığa cəlb edilən uşaqlara yemək verilməsi təklif olunub


Ölkə üzrə körpələr evi - uşaq bağçalarının sayı azdır.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Naqif Həmzəyev deyib.

Naqif Həmzəyev Gəncədə 44 körpələr evi - uşaq bağçası, 45 tam orta məktəb fəaliyyət göstərdiyini nəzərə çatdırıb, daha 1 məktəb və uşaq bağçasının tikilməsini xahiş edib. Deputatın təklifləri sırasında məktəbəqədər hazırlıq siniflərində təhsilə cəlb edilən uşaqlar üçün də yemək verilməsi, bunun pilot layihə olaraq Gəncədən başlanması da yer alıb

Naqif Həmzəyev Gəncə şəhərində Balabağban, Böyükbağban və Totanlı adlanan ərazilərdə su anbarlarının və filtirlərinin yenilənməsini də vacib sayıb.

Oxşar xəbərlər

Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
Nazir: Məktəbəqədər təhsilə qəbul prosesində bəzi dəyişikliklər edilə bilər
Xankəndidə körpələr evi-uşaq baxçası yaxın günlərdə fəaliyyətə başlayacaq - FOTO
Bakının Xətai rayonunda uşaq bağçası-körpələr evinin təmirdən sonra açılışı olub
Bu il tikilən və təmir edilən məktəb binalarının sayı açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər