Fövqəladə hallarla bağlı davranış qaydaları barədə silsilə maarifləndirmə tədbirləri keçirilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə APA-ya FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Səbail rayonu 236 saylı tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Gəncə-Daşkəsən Regional Məşğulluq filialında, Tovuz regional “ASAN Xidmət” mərkəzində və Tovuz rayonu Y.Sadıqov adına Bozalqanlı kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Ucar Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Şilyan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində və Kürdəmir şəhər 2 nömrəli tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayonu Nic qəsəbə 1 nömrəli və İ.Kərimov adına Mirzəbəyli kənd tam orta məktəblərində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu Köhnə Xudat kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Saatlı rayonu Azadkənd kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu Kəbirli kənd tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Astara rayonu F.Qasımov adına Ərçivan qəsəbə 1 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.
Oxşar xəbərlər
Fövqəladə Hallar Nazirliyi maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN silsilə maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












