Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib
Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə APA-ya FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirlilb ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Nazirliyin Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri Binəqədi rayonu 15 saylı şəhər Poliklinikası və Yasamal rayonu Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Tibb Mərkəzində və Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində, Cənub Regional Mərkəzi tərəfindən Lerik rayonu E.Fərəcov adına Zəriküməco kənd ümumi orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Beyləqan rayonu Birinci Aşıqlı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz şəhəri, 5 nömrəli tam orta məktəbdə, Gəncə Regional Mərkəzi tərəfindən Göygöl Rayon Mərkəzi Xəstəxanasında və Gəncə şəhərində yerləşən Şans Tibb Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən “CHINAR” Hotel Spa Naftalanın işçi kollektivi ilə maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
Oxşar xəbərlər
FHN silsilə maarifləndirmə tədbirləri keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallarda davranış qaydaları ilə bağlı tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə hallarda davranış qaydaları barədə tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələnin sel təhlükəli kəndlərində tədbirlər keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












