Zaqatalada güclü külək fəsadlar törədib, binanın dam örtüyü uçub - FOTO
Zaqatalada güclü külək fəsadlar yörədib, beşmərtəbəli, çoxmənzilli binanın dam örtüyünü uçurub.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, bu gün günortadan başlayaraq şimal-qərb bölgəsində küləkli hava şəraiti hökm sürür.
Zaqatala şəhəri Vasif Qurbanov küçəsində 5 mərtəbəli, çoxmənzilli yaşayış binasının dam örtüyünün bir hissəsini güclü külək yerə atıb. Külək nəticəsində rayonun bır-sıra ərazilərində irigövdəli ağaclar yıxılıb, budaqlar qırılıb.
Ərazidən keçən elektrik naqilləri qırılıb, rayonun bir sıra ərazilərində naqillərdə qısaqapanmalar olub. Bu səbəbdən rayon mərkəzinin və ətraf kəndlərin bəzi hissəslərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Günorta saatlarından müvafiq qurumlar və Zaqatala Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşları qeyd olunan ərazilərə cəlb edilib, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.
Oxşar xəbərlər
Zaqatalada güclü külək fəsadlar törədib, binanın dam örtüyü uçub
Güclü külək Xaçmazda fəsadlar törədib - FOTO
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB 2
Goranboyda küləyin törətdiyi fəsadlar aradan qaldırılıb - YENİLƏNİB 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













