Külək Goranboyda fəsadlar törədib - YENİLƏNİB
Goranboyda küləyin törədiyi fəsadların aradan qaldırşlmasına başlanılıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə rayonun fövqəladə hallar komissiyası ərazidədir.
Hazırda ağacın doğranıb, yolda hərəkətin bərpa edilməsi istiqamətində işlər aparılır.
Əraziyə işçi qüvvəsi və ağır texnika cəlb olunub.
***
22:14
Goranboyda küləkli hava şəraiti səbəbilə iri gövdəli ağaclar aşıb, bir neçə kəndin elektrik enerjisində fasilələr yaranıb.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə təbiət hadisəsi nəticəsində Goran-Naftalan avtomobil yoluna iri gövdəli ağac aşıb.
Nəticədə ağacın iri budaqları avtomobil yoluna düşdüyündən nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Küləkli hava şəraiti səbəbilə rayonun bir neçə kəndlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
Qeyd edək ki, hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti höküm sürür.
Oxşar xəbərlər
Güclü külək Xaçmazda fəsadlar törədib - FOTO
Daşkəsəndə leysan fəsadlar törədib, elektrik enerjisinin verilişində fasilə yaranıb
Goranboyda və Samuxda sel fəsadlar törədib - FOTO
Zaqatalada leysan yağışları fəsadlar törədib - VİDEO
Goranboyda qəza olub, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













