DİN “ASAN xidmət”də vakant vəzifələrə müsabiqə elan edib
Daxili İşlər Nazirliyi “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vakant olan vəzifələrə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Daxili İşlər Nazirliyi Şuşa, Salyan, Masallı, Lənkəran və Kürdəmir “ASAN xidmət” mərkəzlərində Daxili İşlər Nazirliyinin göstərdiyi xidmətlər üzrə, eləcə də Bakı şəhərində yerləşən müvafiq qurumlarda vakant olan sıravi və kiçik rəis heyəti (operator) vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
Müsabiqədə Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrini bitirmiş, yaşı 25-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən, Bakı şəhərində və yuxarıda qeyd olunan rayonlarda yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, fiziki hazırlıqları və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq kompüterdə işləmək bacarıqları olan, məsuliyyətli, diqqətli, ən azı xarici dillərdən birini sərbəst bilən və ailəli şəxslərə üstünlük veriləcək.
Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə veriləcək və qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaq.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2024-cü ilin oktyabr ayının 21-dən noyabr ayının 10-dək Daxili İşlər Nazirliyinin internet saytında /www.mia.gov.az/ yerləşdirilmiş elektron ərizə formasını və anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsilə DİN-in Baş Kadrlar İdarəsinin [email protected] elektron ünvanına göndərməlidirlər.
Oxşar xəbərlər
DİN “ASAN xidmət” mərkəzlərində vakant vəzifələrə qəbulla bağlı müsabiqə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ədliyyə Nazirliyi qulluğa qəbulla bağlı müsabiqə elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş Prokurorluqda vakant vəzifələrin tutulması üçün müsabiqə üzrə müsahibə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda I sinfə qəbulla bağlı 40 383 sorğu yerləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Agentliyi: Bu il MİQ üzrə namizədlərə 10 500 vakant yer təqdim olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












